Marqarita Simonyanın Ermənistana girişi qadağan edildi

Oxunma sayı: 122
26-10-2022, 01:30

Marqarita Simonyanın Ermənistana girişi qadağan edildi
"Uzun illər Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin Ermənistana girişi ölkənin hazırkı lideri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mən də. Bir gözəllik var, daha nə deyim?"

Arasdırma.info xəbər verir ki, bunu “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru, Marqarita Simonyan özünün "Telegram" kanalında yazıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dumasının deputatı Konstantin Zatulin Ermənistanda "persona non-qrata" elan olunub, bu ölkəyə girişi qadağan edilib.//publika

Paylaş
Xəbər lentİ