“Putin Kadırovun atasını öldürmək əmrini verib.., ondan qorxur”

Oxunma sayı: 115
20-12-2022, 00:39

“Putin Kadırovun atasını öldürmək əmrini verib.., ondan qorxur”
“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Çeçenistanın hazırkı lideri Ramzan Kadırovdan qorxur. Çünki o, ona çox bəlalar yarada biləcək adamdır".

Arasdırma.info Bizimyol.info-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov "Ukrainska pravda"ya müsahibəsində deyib. Onun sözlərinə görə, Moskvanın öz ordusu, Kadırovun isə öz ordusu var və əgər Putin Çeçenistan rəhbərinə tam azadlıq verməsəydi, o zaman İçkeriya çoxdan üsyan qaldırardı.


"Putin gedən kimi İçkeriya azad ölkəyə çevriləcək. Kadırovla və ya Kadırovsuz, inanın mənə, bu, mütləq və çox tez zamanda baş verəcək. Çünki bu, Rusiya Federasiyası ilə heç bir əlaqəsi olmayan ayrıca ölkədir”, - deyə Ukrayna rəsmisi bildirib.

Bundan əlavə, o xatırladıb ki, Putin Kadırovun atasını öldürmək əmrini verib və bu xalqın qanunlarına görə, cavab verilməlidir.

“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günlərindən Kadırovçular müharibədə iştirak edirlər, lakin döyüşmürlər, sadəcə videolar çəkirlər, buna görə də onları “TikTok” döyüşçüləri adlandırmağa başlayıblar”,- deyə Oleksiy Danilov əlavə edib.

Xatırladaq ki, sentyabrın 11-də Ramzan Kadırov Ukraynaya qarşı müharibəyə göndərilmək üçün 560 muzdludan ibarət üç batalyon və 1500 nəfərlik xüsusi alayın hazırlandığını açıqlasa da, bu, heç nəyə təsir etməyib. Daha sonra o, Çeçenistanda səfərbərliyin həyata keçirilməyəcəyini bildirib, çünki onlar artıq "başlanmış planı" aşmışdılar.

Ukrayna mediası yazır ki, öz növbəsində politoloq Andrey Piontkovski də hesab edir ki, Kadırov Putinin ölümündən sonra regionun müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ordusunu xilas etməyə çalışır.

Paylaş
Xəbər lentİ