İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ

Oxunma sayı: 468
27-11-2019, 20:42

İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Aşqabada keçirilən BMD Dövlət Başçıları Şurasının iclasında Ermənistanın Üçüncü Reyxin əsas adamlarından olan Qaregin Njdeni milli qəhrəman etməsini, onun timsalında faşizmi qəhrəmanlaşdırmasını gündəmə gətirəndən sonra Rusiyada bu məsələ aktuallaşdı və belə görünür ki, Moskva Ermənistanın Qaregin Njdeyə abidə ucaltması, beləliklə, faşizmi qəhrəmanlaşdırması ilə barışmayacaq.

Rusiyanın “Federal press” saytı yazır ki, Moskva İrəvana diplomatik siqnal göndərdi.

“Rusiya Njdenin qəhrəmanlaşdırılması ilə barışmaq niyyətində deyil”, - məqalənin sərlövhəsində deyilir.

Azərbaycan lideri İlham Əliyev erməni baş nazir Nikol Paşinyanın da iştirak etdiyi MDB dövlət başçılarının iclasında Ermənistanın faşizmi qəhrəmanlaşdırdığını açıq şəkildə bildirdi.
İlham Əliyevin çağırışı Rusiyanı hərəkətə keçirdi: Ermənistana Qaregin Njde ZƏRBƏSİ
“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - Prezident həmin tarixi çıxışında belə vurğulamışdı.

Faktların qarşısında aciz qalan Paşinyan vəziyyətdən çıxmaq üçün bildirdi ki, “Njde erməni soyqırımı törədən türklərə qarşı döyüşüb, buna görə onların qəhrəmanıdır”.

“Federal press” Nikolun bu iddialarına cavab olaraq, Q.Njdenin istintaqa ifadəsini üzə çıxarıb.

Paylaş
Xəbər lentİ