İsraildən İNANILMAZ ETİRAF: BƏƏ şahzadəsi 25 ildir bizimlə işləyir

Oxunma sayı: 432
21-06-2020, 07:21

İsraildən İNANILMAZ ETİRAF: BƏƏ şahzadəsi 25 ildir bizimlə işləyir
İsrail mətbuatı Yaxın Şərqin ən qaranlıq şəxsi BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin Təl-Əvivlə gizli ittifaqda olduğunu açıqlayıb.

Arasdırma.info xəbər verir ki, Yaxın Şərq və Şimali Afrikada terror, çevriliş və işğalların əsas sponsoru olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) həyata keçirdiyi qaranlıq əməliyyatlarla bağlı yeni təfərrüatlar məlum olub.

Liviyadakı çevrilişçilərə, xüsusilə də Xəlifə Haftarı, Somali və Suriyadakı terror təşkilatlarını dəstəkləyən Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin de-fakto rəhbərlik etdiyi BƏƏ İsrailin Qərb sahilini ilhaq etmək planına da pərdə arxasından dəstək verir.

Qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələri və İordaniya vadisinin ilhaqı planı İsrailin ən vacib gündəliyi olaraq qalır. Planın ən böyük dəstəkçisi ABŞ görünsə də, Birləşmiş Ərəb Əmirliklərinin adı ön plana çıxır. Əmirliyin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin 25 ildir Təl-Əvivlə gizli ittifaqda olduğu da son yayılan məlumatlar sırasındadır.Publika.az

Paylaş
Xəbər lentİ