Məkkədə 3 ay sonra ilk dəfə namaz qılındı - FOTO

Oxunma sayı: 442
22-06-2020, 04:20

Məkkədə 3 ay sonra ilk dəfə namaz qılındı - FOTO


Səudiyyə Ərəbistanında 23 martdan bəri yeni növ koronavirus (Covid-19) epidemiyası çərçivəsində tətbiq edilən küçəyə çıxma qadağası sona çatıb.

Arasdırma.info xəbər verir ki, Məkkə şəhərində 3 ay əvvəl bağlanılan məscidlər sübh namazı ilə yenidən fəaliyyətə başlayıb.

Məscidlərin açılmasından sonra maska taxan və sosial məsafə qaydalarına əməl edən minlərlə vətəndaş məscidlərə axın edib. Namazdan əvvəl dezinfeksiya işləri aparılıb və səlahiyyətlilər namaza gələn vətəndaşların qızdırmasını ölçüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 154 min 233-ə, həyatını itirənlərin sayı isə 1230-a yüksəlib.

Paylaş
Xəbər lentİ