9 il uşaq həsrətində olan ailənin əkizlərini İT PARÇALADI

Oxunma sayı: 475
3-07-2020, 09:49

9 il uşaq həsrətində olan ailənin əkizlərini İT PARÇALADI
Braziliyanın Piripa bölgəsində 26 günlük əkiz uşaqlar evdə saxlanılan labrador cinsli it tərəfindən parçalanaraq ölüblər.

Arasdırma.info xarici mətbuata istinadla xəbər verir ki, hadisə ananın səhlənkarlığı üzündən baş verib. Belə ki, ana qonşu ilə söhbət etdiyi zaman Anne və Analu adlı əkizlərinin təhlükəsizliyini unudub.

Bir müddət sonra ağlamaq səsi eşidən ana içəri qaçsa da uşaqlarını xilas edə bilməyib.

Xəstəxanaya çatdırılan körpələri edilən bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

İtin qısqanclıq nəticəsində uşaqlara hücum etdiyi ehtimal edilir.

Elayin və Regis Novayis adlı cütlüyə 9 ildən sonra valideyin olmaq nəsib olubmuş.

Qohumlar bildiriblər ki, itin davranışları hər zaman normal olub.

Faktla bağlı araşdırma aparılır.//Publika

Paylaş
Xəbər lentİ