"Lotu Quli"nin adamını öldürən erməni saxlanıldı - FOTO

Oxunma sayı: 510
20-08-2020, 12:48

"Lotu Quli"nin adamını öldürən erməni saxlanıldı - FOTO
Türkiyədə “Lotu Quli”nin tərəfdarı olan gürcü əsilli kriminal avtroritet “Giya” ləqəbli Qayoz Zviadadzenin ölümü ilə nəticələnən silahlı insident zamanı 6 nəfər saxlanılıb.

Arasdırma.info Yenicag.az-a istinadən xəbər verir ki, 60 yaşlı kriminal avtoritetin öldürüldüyü atışmada rus, gürcü və erməni əsilli avtoritetlər həbs edilib. Antalyanın Kəmər rayonunda aparılan axtarışlar zamanı isə məlum olub ki, “Giya”nı öldürənlərin istifadə etdiyi avtomobilin dövlət seriya nömrəsi saxta olub. Avtoritetlər atışmadan dərhal sonra avtomobili yolun kənarına tərk edərək hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, qətlə yetirilən Giya Kutaiski nüfuzlu kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı idi. Yanvarın sonunda Qulinin istanbul iqamətgahında təşkil edilən oğru yığıncağını (sxodka) da məhz Giya Kutaiski idarə edib. İlkin versiyaya görə, Zviadadzenin qətli onun digər “qanuni oğru” Nodar Rustavski kimi tanınan Nodar Asoyanla olan münaqişəsinin nəticəsidir. Onlar Rostov vilayətinə nəzarət uğrunda savaşırdılar.

Giya Zviadadze kriminal aləmin “köhnə məktəb”inin şagirdi hesab edilirdi. Oğru ənənələrinin ciddi tərəfdarı və öz nəsilinin ən parlaq nümayəndələrindən biri kimi tanınırdı.
"Lotu Quli"nin adamını öldürən erməni saxlanıldı - FOTO
"Lotu Quli"nin adamını öldürən erməni saxlanıldı - FOTO
"Lotu Quli"nin adamını öldürən erməni saxlanıldı - FOTO

Paylaş
Xəbər lentİ