Navalnını zəhərlədilər: Həkimindən Putinə müraciət

Oxunma sayı: 491
21-08-2020, 04:09

Navalnını zəhərlədilər: Həkimindən Putinə müraciət
Rusiyalı müxalif bloger Aleksey Navalnı təcili xəstəxanaya yerləşdirilib.

Arasdırma.info xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.

Navalnının Tomskdan Moskvaya uçan zaman səhhətinin pisləşdiyi və təyyarənin təcili Omskda eniş etdiyi vurğulanıb. Onda toksik zəhərlənmə olduğu bildirilib.

Yarmış onun çayına qatılan zəhərdən zəhərləndiyini iddia edib. Hazırda Navalnının reanimasiyada huşsuz vəziyyətdə olduğu qeyd edilib.

***

Aleksey Navalnı süni nəfəs aparatına qoşulub.

“O komadadır. Vəziyyəti ağırdır. Hələlik analizlərin nəticələri yoxdur”, – deyə Kira Yarmış bildirib.

***

Navalnının vəziyyəti hazırda stabilləşməyə doğru gedir.

Bu sözləri Aleksey Navalnın olduğu xəstəxananın həkimlərindən biri deyib.

***

Navalnının müalicəsini həyata keçirən həkim Anastasiya Vasilyeva hökumətə müraciətində blogerin Avropada aparıcı toksikologiya mərkəzlərindən birinə yerləşdirilməsi üçün tibbi sənədlər verməsini xahiş edib.

***

Həkimlərin araşdırmasına görə, Navalnıda insult, infarkt və koronavirus əlamətləri aşkarlanmayıb

Paylaş
Xəbər lentİ