Rusiya gözəli marketdə satıcını bıçaqladı .

Oxunma sayı: 434
8-09-2020, 21:27

Rusiya gözəli marketdə satıcını bıçaqladı .
Rusiyada 2005-ci ildə keçirilən gözəllik yarışında birinci olan 36 yaşlı Natalya Dolqanovskaya Manav rayonundakı marketlərdən birində çalışan qadını bıçaqlayıb.

Arasdırma.info xəbər verir ki, marketə daxil olan qadın çantasından bıçaq çıxararaq satıcıya hücum edib. "Qadınlara nifrət edirəm", deyə bağıran Rusiya gözəli yaşlı qadına bir neçə bıçaq zərbəsi endirib.

Ətrafdakıların köməyi ilə Natalya Dolqanovskaya zərərsizləşdirilib. O, polisə təhvil verilib.

Yaralı qadın isə xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi açıqlanmır.

18 yaşında Rusiya gözəli seçilən Natalya zəngin iş adamı və siyasətçi ilə evlənib. Bu izdivacdan dünyaya uşaq gətirə bilməyən cütlük 6 il sonra boşanıblar. Natalya model olaraq karyerasını davam etdirib.

Paylaş
Xəbər lentİ