Amerikalı müsəlman siyasətçidən Venesuela çıxışı: “ÇEVRİLİŞİ ABŞ EDİB”

Oxunma sayı: 544
25-01-2019, 17:52

Amerikalı müsəlman siyasətçidən Venesuela çıxışı: “ÇEVRİLİŞİ ABŞ EDİB”
Araşdırma.info Hurriyyet.orga istinadən xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatasının müsəlman üzvü İlhan Omar ABŞ-ın Venesuela Milli Məclisinin sədri Xuan Quaydonu müvəqqəti prezident kimi tanımasına etiraz edib. Omar “Tvitter” hesabındakı açıqlamasında yazıb: “Venesuelada ABŞ-ın dəstəklədiyi çevriliş (Venesuela xalqının) qarşılaşdıqları qorxunc problemlərin həlli deyil. Sülh dialoqu üçün Meksika, Uruqvay və Vatikanın səylərini dəstəkləməliyik”.

ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Omar “Tvitter”dəki açıqlamasında Venesueladakı hadisələrlə bağlı ABŞ prezidenti Donald Trampın Venesueladakı ultrasağçı müxalifətçləri hakimiyyətə gətirməyə səy göstərdiyini vurğulayaraq bu addımın ölkədə qeyri-sabitliyin artmasına səbəb olacağını bildirib.

Paylaş
Xəbər lentİ