“Airbus 380” sərnişin təyyarəsi İstanbula təcili eniş etdi

Oxunma sayı: 382
28-09-2020, 12:48

“Airbus 380” sərnişin təyyarəsi İstanbula təcili eniş etdi
“Airbus 380” sərnişin təyyarəsi yanacaq doldurmaq və uçuş heyətinin dəyişdirmək üçün Türkiyənin İstanbul Hava Limanına təcili eniş edib.

Arasdırma.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Beja- Kuala Lumpur (Portuqaliya-Malaziya) istiqamətində uçuş həyata keçirərkən dünən 16:30 radələrində problemsiz şəkildə İstanbul Hava Limanına eniş edib. Təyyarə 2 saat sonra yenidən qalxıb.

Qeyd edilib ki, qarşıdakı günlərdə “Airbus 380” İstanbul Hava Limanına təyyarənin təchizat problemi ilə əlaqədar yenidən eniş edəcək.//report

Paylaş
Xəbər lentİ