Robert Köçəryanın Moskva səfəri – SENSASİON TƏFƏRRÜATLAR

Oxunma sayı: 343
25-10-2020, 04:48

Robert Köçəryanın Moskva səfəri – SENSASİON TƏFƏRRÜATLAR
Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın Moskvaya səfəri bir neçə gündür erməni mətbuatında müzakirə olunur.

Arasdırma.info KONKRET.aza istinadən xəbər verir ki, keçmiş prezidentlərin görüşündən sonra bu mövzu xüsusilə müzakirə olundu. Mətbuatda yayılan məlumatlara görə, həmin görüş zamanı Köçəryana Ermənistanın mövqeyini gücləndirmək üçün Moskvaya getmək təklif edildi.

Köçəryanın həqiqətən Moskvada görüləsi işləri var. Bu, həm də onun biznes işləri ilə bağlıdır. Erməni cəmiyyətində belə hesab edirlər ki, onun eləcə də Rusiyanın hazırkı prezidenti Vladimir Putinlə ən isti münasibəti Ermənistan üçün əhəmiyyətli dividentlər qazana bilər.

Sayt bildirir ki, bu fonda sorosluların aktivləşməsi nəzərə çarpır. Əllərindəki KİV-lərlə davamlı olaraq ikinci prezident hədəfə alınır, onun mümkün səfərini pozmağa çalışırlar. Sorosun əlaltıları Köçəryanı nüfuzdan salmaq üçün əllərindən gələni edirlər. Onlar mövcud hakimiyyətlə Köçəryan arasında yeni münaqişə yaratmağa çalışırlar və bununla da mövqelərini gücləndirmələri üçün Ermənistan ictimaiyyətinə təsir göstərməyə çalışırlar.

Sayt yazır ki, Ermənistanın Rusiyadan əlavə zəmanət və dəstək almaması Azərbaycana sərf edir.

Politik.am-ın yazdığına əsasən belə qənaətə gəlmək olar ki, Robert Köçəryan Rusiyadan dəstək almaqla Sorosun Ermənistanda təsirini darmadağın etmək istəyir və bununla da hakimiyyətə yolunu açmaq məqsədini güdür.

Paşinyana müxalifətdə olan media orqanları isə Prezident Köçəryanın Moskvaya getməsində daha çox maraqlı olduğunu gizlətmir.

Görünən odur ki, yaxın günlərdə Ermənistanın siyasi meydanında Rusiya ilə Sorosun amansız mübarizəsi başlayacaq.

Paylaş
Xəbər lentİ