Fransadan skandal cümə xütbəsi qərarı – Ərdoğanın açıqlamasından sonra

Oxunma sayı: 311
27-10-2020, 16:26

Fransadan skandal cümə xütbəsi qərarı – Ərdoğanın açıqlamasından sonra
“Müsəlmanlara qarşı edilən təhqirlər Fransanın daxili işidir, Türkiyə ölkəmizin daxili işlərinə qarışmamalıdır”.

Arasdırma.info xəbər verir ki, bunu Fransa daxili işlər naziri Gerald Darmanin deyib.

Nazir Türkiyə ilə yanaşı, fransız məhsullarını boykot çağırışı edərək, Parisə nota verən Pakistanı da, ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

Bundan başqa, Fransa hökuməti cümə günləri məscidlərdə “Fransa bizi qoruyur” adlı şeiri səsləndirmək qərarı verib.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanları təhqir edən fransız həmkarı Emmanuel Makronu sərt tənqid edib. O, Fransa başçısını “psixi xəstə” adlandırıb. Bundan sonra Yelisey sarayından verilən açıqlamada Ərdoğanın Makron haqda səsləndirdiyi fikirlərin qəbuledilməz olduğu bildirilib.

Fransanın Ankaradakı səfiri məsləhətləşmələr üçün Parisə çağırılıb. Türkiyə lideri isə ölkə vətəndaşlarına müraciət edərək, Fransa məhsullarını boykot etməyə çağırıb.//teleqraf

Paylaş
Xəbər lentİ