Ermənistan döyüşə dustaqları göndərir

Oxunma sayı: 308
30-10-2020, 14:56

Ermənistan döyüşə dustaqları göndərir
Ermənistan ordusunda baş alıb gedən hərc-mərclik, kütləvi fərarilik, habelə hərbi qulluqçular çatışmazlığı üzündən hökumət son ümidini dustaqlara bağlayaraq həbsxanalardan cəbhə xəttinə göndərir.

Arasdırma.info Reporta istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian məsələyə dair bildirib:

“28 oktyabr tarixinə olan məlumata görə 12 nəfər məhkum barəsində həbs qəti imkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir”.

Paylaş
Xəbər lentİ