İzmirdə həlak olanların sayı 69-a çatdı - VİDEO (YENİLƏNDİ)

Oxunma sayı: 338
1-11-2020, 22:44

İzmirdə həlak olanların sayı 69-a çatdı - VİDEO (YENİLƏNDİ)
Xəbər verdiyimiz kimi Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Arasdırma.info xəbər verir ki, 6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib.

Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib.

Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb.

Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib.



İzmirin bələdiyyə sədri Tunç Soyer bir neçə çoxmənzilli binanın çökdüyünü açıqlayıb.

Səfərhisarda dəniz səviyyəsi yüksəlib.

Avterşokların davam etdiyi bildirilir.

Daxili İşlər naziri Süleyman Soylu Bornova və Bayraklı bölgələrində 6 binanın çökdüyünə dair xəbər aldıqlarını açıqlayıb.

Ətraf mühit naziri Murat Kurum dağıntılar altında qalanların olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ilk açıqlamanı sosial media hesabından verib: "İzmirdə meydana gələn zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimizin bütün imkanları ilə zərərçəkənlərin yanındayıq. Aidiyyəti bütün qurumlarımızla, nazirlərimizlə bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçdik”.

Paylaş
Xəbər lentİ