Dağıntılar altından sağ çıxan 3 yaşlı qızın bu addımı hər kəsi KÖVRƏLTDİ - VİDEO

Oxunma sayı: 317
2-11-2020, 19:27

Dağıntılar altından sağ çıxan 3 yaşlı qızın bu addımı hər kəsi KÖVRƏLTDİ - VİDEO
Türkiyənin İzmir şəhərindəki zəlzələdən 65 saat sonra Elif Perinçek adlı 3 yaşlı qız dağıntıların altından sağ çıxarılıb.

BiG.AZ xəbər verir ki, yaralı halda xilas edilən E. Perinçek xəstəxanaya çatdırılıb və onun müayinəsinə başlanılıb.

Xəstəxanada jurnalistlərin onu çəkdiyini görən 3 yaşlı qız kameralara əl sallayaraq, anasına salam göndərib. Onun bu addımı hər kəsi sevinc göz yaşlarına boğub.

Qeyd edək ki, görüntülər Elifin başqa palatada müalicə alan anası Səhər Dərəli üçün lentə alınmışdı. /Axşam.az

Paylaş
Xəbər lentİ