Sarkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə…

Oxunma sayı: 298
6-11-2020, 14:39

Sarkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə…
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi ölkənin Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumat verməkdə ittiham edib.

Arasdırma.info axar.az-a istinadən xəbər verir ki, açıqlamada Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın 2018-2019-cu illərdə Ermənistanın həmişəkindən daha çox silahlandığı haqda rəsmi bəyanatı şərh edilib.

“Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da reallığı qəsdən təhrif edir. Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq əxlaqsızlıqdır, demək olar ki, “günahkar” axtarmaqdır. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq”, – deyə eks-prezident vurğulayıb.

Paylaş
Xəbər lentİ