9,8 milyon insan təhlükədə - Təcili müdaxilə edilməlidir

Oxunma sayı: 300
6-11-2020, 16:05

9,8 milyon insan təhlükədə - Təcili müdaxilə edilməlidir
Qərbi Afrika ölkəsi Nigeriyada 9,8 milyon insan aclıq təhlükəsi ilə üzləşə bilər.

Arasdırma.info xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.

Məlumata görə, ölkədə qida təhlükəsizliyi səbəbindən paytaxt Abucadan əlavə 16 əyalətdə 9,8 milyondan çox insan aclıqla üzləşə bilər.

"Boko Haram" terror təşkilatı və digər silahlı qrupların tez-tez hücum çəkdiyi Borno, Yobe, Adamava, Taraba, Katsina, Gombe, Benue və Jigavanın aclığa yüksək həssaslıq göstərən əyalətlər arasında olduğu qeyd edilib.

Paytaxt Abuca, Sokoto, Kaduna, Kano, Bauci, Kebbi, Niger və Yayla şəhərlərində aclıq riskinin daha az olduğu bildirilir.

FAO-nun Nigeriyadakı nümayəndəsi hökuməti təcili müdaxilə etməyə çağırıb.//teleqraf

Paylaş
Xəbər lentİ