Qışa hazırlıq: 800 qəbir qazılır - FOTOLAR

Oxunma sayı: 333
13-11-2020, 17:41

Qışa hazırlıq: 800 qəbir qazılır - FOTOLAR
Ərzurumda qışda havanın hərarətinin mənfi 35 dərəcəyə düşməsi və torpağın qazılmaz hala gəlməsi səbəbiylə 800 qəbir qazılaraq hazır vəziyyətdə saxlanılacaq.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Ərzurum Böyükşəhər bələdiyyəsi dəstək xidmətləri dairəsinə bağlı Qəbiristanlıqlar şöbə müdirliyi, Abdurrahman qazi qəbiristanlığında qış hazırlıqlarını tamamlayır. Belə ki, işçi qrupları müxtəlif alətlərlə qazınılan 600 qəbri düzəldərək qış dövrünə hazır vəziyyətə gətirib. 200 qəbirin hazırlanması isə hələ də davam edir.

Böyükşəhər bələdiyyə başçısı Mehmet Sekmen bildirib ki, qışda buraya təxminən bir metr qar düşür. Buna görə də torpaq daş kimi olur:

“Qəbri yalnız bir kompressorun köməyi ilə qazmaq olur. Payızda tək, cüt, üç və dördlü qəbir yerləri hazırlayırıq. İndiyə qədər 600 qəbir qazmışıq. Buna görə də qış qorxusu yoxdur.

Ailə qəbiristanlığı olanlardan biri öləndə, o günü qazırıq. Bir az çətin olur, amma vəzifəmizi yerinə yetiririk. Ancaq bu hazırlığı əvvəlcədən etdiyimiz üçün qışda gündə 5-10 cənazə dəfn edirik. Bu da bizim işimizi asanlaşdırır”.
Qışa hazırlıq: 800 qəbir qazılır - FOTOLAR

Paylaş
Xəbər lentİ