Şimali Koreyanın rəsmi lideri dəyişdi

Oxunma sayı: 569
12-04-2019, 17:18

Şimali Koreyanın rəsmi lideri dəyişdi
Şimali Koreya Ali Xalq Məclisi prezidiumunun rəhbəri vəzifəsinə yeni şəxs təyin olunub.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. Məlumata görə, bu vəzifəyə Kim Çen İnın köməkçisi, keçən il ABŞ-ın sanksiyalar siyahısına düşmüş Çoy Ryon Xen gətirilib. O, bu vəzifədə 20 il prezediumun rəhbəri olmuş Kim Yon Namı əvəz edib.

Çoy Ryon Xenin bunun sayəsində gələcəkdə Pxenyanı beynəlxalq arenada təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Şimali Koreya qanunvericiliyinə əsasən Çoy dövlətin başçısı sayılır. De-fakto isə ölkədəki real hakimiyyət Dövlət Şurasının rəhbəri olan Kim Çen İn və qohumlarına aiddir.

Paylaş
Xəbər lentİ