Putin, Şoyqu və Lavrov erməni diversantların azad olunmasına çalışır - AÇIQLAMA

Oxunma sayı: 283
8-02-2021, 14:23

Putin, Şoyqu və Lavrov erməni diversantların azad olunmasına çalışır - AÇIQLAMA
“Putin, Şoyqu və Lavrov Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün şəxsən çalışırlar”.


Arasdırma.info xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.


Sergey Kopırkin "erməni əsirlər" deyərkən Azərbaycan Ordusunun Xocavənddə saxladəğı diversantları nəzərdə tutub.

Onun sözlərinə görə, həmin erməni hərbçilərin - diversantların qaytarılması prosesi uzun çəkəcək.


“Şişirtmədən deyirəm ki, bu məhz o məsələdir ki, prezident, xarici işlər naziri və müdafiə naziri şəxsən məşğul olur. Məsələnin həlli gözlənildiyi kimi tez həll olunmayacaq, amma inanın ki, bunun üçün əlimizdən gələni edirik. Əminəm ki, məsələ dəqiq həll olunacaq”.

Paylaş
Xəbər lentİ