İranda kütləvi aksiyalar keçirilib

Oxunma sayı: 590
12-04-2019, 18:15

İranda kütləvi aksiyalar keçirilib
İranın paytaxtı Tehranda və başqa böyük şəhərlərdə kütləvi aksiyalar keçirilib.

Arasdırma.info AZƏRTAC aistinadən xəbər verir ki, Tehranın mərkəzi küçələrinə çıxan iranlılar ABŞ-ın İslam İnqilabı-Keşikçiləri Korpusunu (Sepah) terrorçu təşkilat kimi tanımasına etiraz ediblər.

Nümayişçilər əllərində Sepahın emblemini tutaraq “rədd olsun ədalətsizlik”, “Amerika İranın daxili işlərinə qarışma”, “İran ordusu qəhrəman ordudur”, “Rədd olsun Amerika” şüarlarını səsləndiriblər.

Kütləvi aksiyalarda İranın dövlət və hökumət nümayəndələri də iştirak edib.

Etiraz aksiyasını Tehranda akkreditə olunan xarici televiziya və xəbər agentliklərinin müxbirləri işıqlandırıblar.

Paylaş
Xəbər lentİ