Sevgililər günündə ər arvadını öldürdü.

Oxunma sayı: 326
14-02-2021, 17:18

Sevgililər günündə ər arvadını öldürdü.
Türkiyənin Samsun şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

“Haber Global” məlumat verir ki, Oğuz adlı kişi Sevgililər günündə həyat yoldaşı Mihricanı bağazından bıçaqlayıb. Alınan yara nəticəsində 46 yaşlı xanım vəfat edib.

Hadisə gecə saatlarında İlkaddım ilçəsinin Uluqazi məhəlləsində qeydə alınıb.

Ölüm hadisəsinin məişət zəminində yaranan mübahisə səbəbindən baş verdiyi və mərhumun iki uşaq anası olduğu bildirilir.

[media=https://dai.ly/x7zb0dc]

Paylaş
Xəbər lentİ