İstanbulda yol çökdü, maşınlar xəndəyə töküldü! – ANBAAN VİDEO

Oxunma sayı: 284
30-03-2021, 04:15

İstanbulda yol çökdü, maşınlar xəndəyə töküldü! – ANBAAN VİDEO
İstanbulun Ümraniyə rayonunda 14 mərtəbəli binanın yol tərəfindəki istinad divarı çöküb. Hadisə nəticəsində küçədə park edilmiş 4 avtomobil binanın həyətində yaranmış xəndəyə düşüb. Evlərə ziyan dəyib.

Azərforum Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə martın 29-da saat 18:00 radələrində Ümraniyə “Ərməğan evlər məhəlləsi”nin Tütengil küçəsində baş verib. Çökmə səbəbindən binanın birinci mərtəbəsindəki 2 mənzilə ziyan dəyib. Xoşbəxtlikdən, qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Hadisə yerinə xilasetmə və polis qrupları göndərilib. Polis qrupları prospektdə təhlükəsizlik tədbirləri görüblər. Baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması yönündə işlər aparılıb.

Ziyan görmüş avtomobillərdən birinin sahibi deyib: “Xəbərlərdə gördüklərimiz bu gün başımıza gəldi. Dəhşətli bir səs-küy oldu. Pəncərədən baxanda aşağıda xeyli adam toplanmışdı. Maşını bu şəkildə görəndə özümü itirib qışqırdım”.

Evinə ziyan dəymiş Özcan Şahin isə hadisənin başvermə anını bu cür təsvir edib: “Evdə kresloda oturmuşdum. Qəfil gurultulu bir səs gəldi. Nə baş verdiyini anlamadıq. Elə bildik zəlzələdir. Ancaq şükür ki, ciddi bir problem yoxdur”.

Azərforum hadisənin video görüntüsünü təqdim edir:

Paylaş
Xəbər lentİ