Türkiyənin din xadimi Ramazanda karantin məhdudiyyətlərinə əməl etməyə çağırıb

Oxunma sayı: 28
13-04-2021, 20:52

Türkiyənin din xadimi Ramazanda karantin məhdudiyyətlərinə əməl etməyə çağırıb
"Müqəddəs Ramazan ayında qaydalara riayət etməyimizin vacibliyini daha da dərindən dərk etməliyik".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında İstanbul müftisinin müavini Bahri Şamat bildirib.

Onun sözlərinə görə, Ramazan ayı mahiyyət etibarilə paylaşma və iradəni gücləndirmək üçün çox böyük fürsətdir: "Ancaq, təəssüflər olsun ki, bu il də pandemiya səbəbindən Ramazan ayına məxsus ayin və mərasimlərə bəzi məhdudiyyətlər tətbiq olunub: "Belə ki, Türkiyədə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində kütləvi iftar süfrələri təşkil edilməyəcək, məscidlərdə təravih və bayram namazı qılınmayacaq. Təbii ki, koronvirusa yoluxma sayının artdığı bir situasiyada bu məhdudiyyətləri anlayışla qarşılayıb qaydalara və karantin tədbirlərinə riayət etməyimiz təkcə vətəndaşlıq borcu deyil, hər bir insani, həm də islami bir vəzifədir. Unutmamalıyıq ki, Ramazan bunu daha da dərindən dərk etməyimiz üçün çox gözəl fürsətdir".

Paylaş
Xəbər lentİ