ABŞ-da qadın 26 milyon dollar uduşu olan bileti paltaryuyan maşının içinə ataraq məhv etdi

Oxunma sayı: 247
5-06-2021, 18:03

ABŞ-da qadın 26 milyon dollar uduşu olan bileti paltaryuyan maşının içinə ataraq məhv etdi
ABŞ-ın Kaliforniya ştatında yaşayan qadın 26-milyonluq lotereya uduşu ilə bağlı məhkəməyə şikayət edib.

Söhbət “SuperLotto Plus” lotereyasından gedir. Tiraj ötən ilin noyabrın 14 baş tutub.

Qaydalara əsasən, biletin sahibləri uduşu almaq üçün bileti tiraj keçirildikdən sonra 180 gün ərzində təqdim etməlidirlər. Əks təqdirdə onlara heç nə ödənilmir.

Adının açıqlamaq istəməyən qadın iddia edir ki, lotereya biletini Los-Ancelesin Noruolk rayonunda yerləşən ARCO AM/PM yanacaqdoldurma məntəqəsində alıb. O bileti cibinə qoyur və onu unudur. Sonra isə qadın şalvarını paltaryuyan maşının içinə atır.

Nəticədə bilet məhv olur.

Lakin bu biletin alınmasını sübuta yetirən nəzarət kamerası çəkilişi var. Bundan əlavə, uduşlu bileti satan ARCO satıcısı bonus kimi 130 min dollar bonus alıb.

Noyabr cekpotu üçün heç kim müraciət etməyib. Qeyd etmək lazımdır ki, qadın bileti aldığı mağazaya bu ilin mayın 12 müraciət edib. Yerli vaxtla 17:00-da qaydalara uyğun qoyulan 180 gün bitib. Qadın öz narzalığını bir az gec ifadə edib.

Lotereya nümayəndələri qeyd edirlər ki, biletin alınmasını sübut edən videoçəkiliş yetməyəcək. Qadın gərək biletin onda olduğunu sübut edən dəlil gətirməlidir.

Qeyd etmək lazımdır ki, qadının pul alması şansı az olsa da, bu məsələ məhkəmədə baxılacaq.

“SuperLotto Plus” uduşu verməkdən imtina etsə həmin məbləğ Kaliforniyanın dövlət məktəbləri arasında bölünəcək. Qalan 4 milyonu isə ümumi mükafat fonduna qaytaracaqlar.

Paylaş
Xəbər lentİ