Paşinyanın havadarı bəlli oldu - Balasanyandan FAKTLAR

Oxunma sayı: 285
12-06-2021, 22:27

Paşinyanın havadarı bəlli oldu - Balasanyandan FAKTLAR
Erməni siyasi ekspert Qriqor Balasanyan Nikol barədə gəzən söz-söhbət və ABŞ dövlət katibinin müavin köməkçisi Filipp Rikerin İrəvan səfərini şərh edib.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təhlilində maraqlı məqamlara toxunan Balasanyan Ağ Ev rəsmisinin İrəvana seçkiqabağı səfərini təsadüf saymayıb.

Çünki Riker müxalifət təmsilçiləri ilə yox, Paşinyanın komandası ilə görüşlər keçirib:

"O ki qaldı Nikol barədə deyilənlərə ki, guya Paşinyanı Rusiya hakimiyyətdə saxlamaq istəyir, bu məntiqsiz iddiadır. Belə olsaydı, Filipp Riker seçkilərdən öncə Paşinyanla görüşməzdi. Amma o da həqiqətdir ki, bu tip səfərlər seçkilərin nəticələrinə təsir etməyəcək. Sadəcə, qərbin Paşinyanı dəstəklədiyi nümayiş olunur"

Digər erməni ekspertlər də bu seçkilərdə İrəvanın qərblə Rusiya arasında yekun seçim edəcəyi fikrindədir.

Paylaş
Xəbər lentİ