Tupakın güllələnərkən içərisində olduğu maşın 2 milyona satılır

Oxunma sayı: 241
9-09-2021, 07:19

Tupakın güllələnərkən içərisində olduğu maşın 2 milyona satılır
Dünyaca məşhur amerikalı repçi Tupak Şakurun öldürülərkən içərisində olduğu “BMW” markalı qara avtomobil təxminən iki milyon dollara satışa çıxarılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsi təmir olunaraq alıcılara təqdim edilib.

Qeyd edək ki, musiqiçinin ölümündən sonra avtomobil bir neçə sahib dəyişib. “BMW” hazırda Las- Veqasdakı Celebrity Cars satış məntəqəsində - ölümcül atışma yerinin yaxınlığında satılır. Onun dəyəri 1.7 milyon dollardır.

Xatırladaq ki, Tupak 1996-cı ildə Amerikanın Şərq və Qərb sahillərindən olan hip-hop sənətçiləri arasında yaşanan münaqişə zamanı öldürülüb. Tupak sərnişin oturacağında oturarkən qətl edilib, digər reper Sug Knight sükan arxasında olub, sağ qalıb. 2018 -ci ilin iyul ayında Tupakın keçmiş qanqster Dueyn Keyt Devisin qardaşı oğlu Orlando Anderson tərəfindən güllələndiyi məlum olub.//azmedia
Tupakın güllələnərkən içərisində olduğu maşın 2 milyona satılır
Tupakın güllələnərkən içərisində olduğu maşın 2 milyona satılır

Paylaş
Xəbər lentİ