Saakaşvilinin qayıtması üçün Gürcüstanda HAZIRLIQ BAŞLADI: CİDDİ HADİSƏLƏR BAŞ VERƏCƏK

Oxunma sayı: 242
11-09-2021, 01:22

Saakaşvilinin qayıtması üçün Gürcüstanda HAZIRLIQ BAŞLADI: CİDDİ HADİSƏLƏR BAŞ VERƏCƏK
Gürcüstan parlamentinin deputat, müxalif Qanun və Ədalət partiyasının lideri Tamar Çarkviani sabiq prezident Mixail Saakaşvilini ölkəyə qaytarmaq məqsədi daşıyan hərəkat yaradıb.



Arasdırma.info xəbər verir ki, Çarkviani cümə günü hərəkatın təqdimat mərasimini keçirib.



O qeyd edib ki, hərəkat sabiq prezidentin ölkəyə sülh yolu ilə gətirilməsinə nail olmaq məqsədilə təsis edilib.



Təşkilatın Tiflisdə artıq öz ofisi var və təşkilat gürcü mühacirlərinin ianələri hesabına mövcud olacaq.

Saakaşvili bazar ertəsi bildirib ki, oktyabrın 2-nə təyin olunan yerli seçkilər üçün vətəninə qayıtmaq niyyətindədir. O, marşrutunu və dəqiq gəlmə tarixini daha sonra ictimaiyyətə açıqlayacağını qeyd edib. / Modern.az

Paylaş
Xəbər lentİ