Axtarışda olan general İspaniyada tutuldu

Oxunma sayı: 257
11-09-2021, 23:31

Axtarışda olan general İspaniyada tutuldu
ABŞ tərəfindən axtarılan venesuelalı sabiq general Huqo Armando Karvaxal Barriso İspaniyada saxlanılıb.

Arasdırma.info xəbər verir ki, sabiq general narkotik qaçaqmalçılığı ittihamı ilə axtarışda olub.

ABŞ Narkotiklə Mübarizə İdarəsinin xəbərdarlığı əsasında İspaniya polisi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Karvaxal paytaxt Madriddə saxlanılıb.

Təxminən 2 ildir qaçaq həyatı yaşayan sabiq general haqqında məhkəmənin qərarı ilə həbs qəti tədbir imkanı seçilib.

İspaniya Ali Məhkəməsinin qarşıdakı günlərdə Karvaxalı ABŞ-a təhvil verməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Karvaxal Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətə gədiyi ilk vaxtlarda Hərbi Kəşfiyyat İdarəsinin rəisi olub. O, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri ilə birgə ABŞ ərazisində narkotik istehsalı, qaçaqmalçılığı və çirkli pulların yuyulması cinayəti ilə ittiham olunur.

Paylaş
Xəbər lentİ