Parad məğlub Ermənistanın harasına yaraşır?! - “Azərbaycanı qıcıqlandırmaq istəyirlər“

Oxunma sayı: 256
20-09-2021, 18:34

Parad məğlub Ermənistanın harasına yaraşır?! - “Azərbaycanı qıcıqlandırmaq istəyirlər“
Sentyabrın 21-də Ermənistanda müstəqillik günü ilə əlaqədar olaraq “rəngarəng tədbirlər” keçiriləcək. Hakim partiya bu tədbirləri itirilmiş hərbi ruhun canlandırılması ilə əlaqələndirsə də, cəmiyyətdə onların həyata keçirilməsi birmənalı qarşılanmayıb. Övladları həlak olan və itkin düşən valideynlər artıq günlərdir başda Nikol Paşinyan olmaqla hakimiyyətdə qarşı etiraz aksiyaları keçirirlər.

“Ermənistanda müstəqillik günü ilə bağlı etirazlar ictimai rəydə həqiqətən neqativ təpki doğurub. Bu xüsusda dövlət büdcəsindən ayrılmış vəsaitlər də diqqət çəkir. Ermənistan tərəfi bunun məhz iaənələr, eləcə də ölkə xaricindən edilən müxtəlif yardımlar, ölkədə olan iş adamlarının xüsusi vəsaitlər ayırmaları sayəsində müstəqillik gününün keçirilməsini vurğulayır”.

Yenisabah.az-a açıqlamasında bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

“İkinci Qarabağ müharibəsindən məğlub çıxmış, ordusu darmadağın edilmiş Ermənistanın təntənəli şəkildə müstəqillik günü keçirməsi bir qədər maraqlı məqamdır. Hər gün sosial şəbəkələr seqmentində görürük ki, Azərbaycan ərazisində hərbi qulluqçularının qalıqları tapılır. Onlar Azərbaycanın humanistliyi sayəsində erməni tərəfə təhvil verilir. Bütün bunların fonunda Ermənistanda yenidən orduda döyüş potensialının artırılması, mənəvi-psixoloji ruhun yüksəldilməsi və s. təşəbbüsləri var. Bu Ermənistanda müəyyən qədər revanşizmə də gətirib çıxara bilən addımlardır”, – İlyas Hüseynov qeyd edib.

Politoloq vurğulayıb ki, Ermənistanda müstəqillik günü ilə bağlı genişmiqyaslı tədbirlərin keçirilməsi üçün atılan addımlar erməni cəmiyyətində böyük narahatlıq doğurur:

“Həm də onu nəzərə almalıyıq ki, Ermənistanda Nikol Paşinyana qarşı çox güclü müxalif formalaşır və bu güruh “rəngarəng tədbirlər”dən öz məqsədləri üçün istifadə edəcək”.

Siyasi ekspert hesab edir ki, əsas məsələ revanşizm ritorikasının artırılması və hələ də yenilməz ordu miflərinin formalaşması üçün atılan addımlardır. “Bu addımlar isə əbəsdir. Çünki 44 gündə Ermənistan ordusu haqqında formalaşmış mifi Azərbaycanın müzəffər ordusu darmadağın etdi və çox qısa müddət ərzində böyük ərazilər erməni işğalından azad olundu. Ermənistanda yenidən Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür və hələ də müharibənin bitməməsi, yaxud yalnız döyüşün uduzulması kimi saxta, təhrif olunmuş məlumatlar daxili ictimai-siyasi auditoriyaya sırınır. Bunun da heç bir nəticəsi olmayacaq”, – deyə ekspert fikirlərini tamamlayıb.

Paylaş
Xəbər lentİ