Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib

Oxunma sayı: 238
20-09-2021, 21:06

Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 17-19-da Rusiya Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

Arasdırma.info xəbər verir ki, Azərbaycan müşahidəçi missiyasının tərkibində Moskvada səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov AZƏRTAC –a müsahibəsində bildirib ki, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.



“Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçiriblər.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı”, deyə N.Səfərov qeyd edib.

Deputat xatırladıb ki, Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəy yalnız səsvermə bitəndən sonra təqdim edilə bilər.
//bizimmedia

Paylaş
Xəbər lentİ