Gürcüstanda seçkilər,“Gürcü arzusu” qələbəsini elan etdi

Oxunma sayı: 225
3-10-2021, 03:24

Gürcüstanda seçkilər,“Gürcü arzusu” qələbəsini elan etdi
Gürcüstanın “Qorbi” təşkilatı yerli seçkilərlə bağlı apardığı “exit-poll”un nəticələrini açıqlayıb.



Arasdırma.info xəbər verir ki, “exit-poll”u “İmedi” telekanalı sifariş edib.



Nəticələrə görə, “Gürcü Arzusu” Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, “Gürcüstan naminə” partiyası 6,8 % səs əldə edib.



Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladze tutub.



“Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.//modern

Paylaş
Xəbər lentİ