Norveçin baş naziri istefa verdi

Oxunma sayı: 240
12-10-2021, 18:41

Norveçin baş naziri istefa verdi
Norveçin baş naziri Erna Sulberq vəzifəsindən istefa verib.

Arasdırma.info məlumatına görə, bu qərar sentyabrda keçirilmiş parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının məğlub olması ilə əlaqədar verilib.

Qeyd olunur ki, E.Sulberq istefa ərizəsini kral 5-ci Haralda təqdim edib.

Yaxın günlərdə kralın yeni hökumətin formalaşdırması üçün İşçi partiyasının lideri Yonas-Qar Störeyə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 13-də keçirilmiş parlament seçkilərində İşçi partiyası 26,4 faiz, Mühafizəkarlar partiyası 20,5 faiz səs toplamışdı//teleqraf

Paylaş
Xəbər lentİ