Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yaradır

Oxunma sayı: 324
11-11-2021, 00:24

Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yaradır
"Bu gün Azərbaycan tərəfi bildirib ki, noyabrın 11-i saat 24:00-dan etibarən Gorus-Qafan yolunun bir hissəsində sərhəd və gömrük nəzarəti həyata keçiriləcək". Bu barədə noyabrın 10 da axşam İctimai Televiziyanın efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanın bu iki şəhəri arasındakı yolun bir hissəsi Azərbaycan ərazisindən keçir.

Bu gün Ermənistana mal çatdıran İran yük maşınlarının istifadə etdiyi əsas yoldur. Eyni zamanda, Ermənistan üçün də bu yol İranla əlagə yaradan kommunikasiyadır.

Məhz bu yolda Qarabağa qanunsuz səfər edən iranlı sürücülər cərimələnərək saxlanılıb.//Turan

Paylaş
Xəbər lentİ