Diqqət:Saxta xəbərlərdən vətəmndaşlar ziyan çəkir.

Oxunma sayı: 414
28-01-2022, 15:04

Diqqət:Saxta xəbərlərdən vətəmndaşlar ziyan çəkir.
Ötən il bir neçə xəbər portalında "ŞOK XƏBƏR : Araz Ağalarovun ən son investisiyası mütəxəssisləri və böyük bankları qorxutdu!"-başlıqlı yazılar dərc olunmuşdu.Kifayət qədər oxucu kütləsi olsa da,sonradan məlum oldu ki,bu xəbər saxtadır və vətəndaşları kriptovalyutaoyunlarına cəlb etmək xarakteri daşıyır.
Arasdırma.info xəbər verir ki,bu barədə vətəndaş redaksiyaməza zəng vuraraq məlumat verib.
Belə ki,kriptovalyuta ilə bağlı məlumat əldə etmək istəyərkən beləbir məqaləyə rast gəlib və Kifayət qədər məşhur rusiyalı iş adamı Araz Ağalarovun adına və banklarla əməkdaşlığına aldanaraq,hesaba pul yatırıb.Təbii ki,burada cinayət əməli olmasa da ,vətəndaş nəticədə 100 dollr,yəni 170 AZN itirib.
Bu kimi saxta reklam xarakterli məqalələr ilk görünüşdən maraqlı və oxunan olsa da,vətəndaşların tələyə düşməsi üçün zəmin yaradır.Ona görə də vətəndaşlara və eləcə də media nümayəndələrinin diqqətinə çatdırmaq istəyirik ki,məlumatlardan ehtiyyatlı olmaq lazımdır.
Sonda bir daha xatırladırıq ki,bu ildən qumarı reklam edən sosial şəbəkə istifadəçiləri ,eləcə də müxtəlif saytlar üçün müəyyən cərimələr tətbiq olunacaq.

Paylaş
Xəbər lentİ