Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar

Oxunma sayı: 3
Bu gün, 08:40

Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


Digər sərəncamla Adış Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Məmməd oğlu Əliyevin də geri çağırılması barədə sərəncam imzalayıb.

İllham Əliyev başqa bir sərəncamla Yaşar Teymur oğlu Əliyevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb. Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Yaşar Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.

Prezdent başqa bir sərəncamla Tofiq Fuad oğlu Musayevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edib.

Dövlət başçısı müvafiq sərəncamlarla Məmməd Bahəddin oğlu Əhmədzadəni Azərbaycan Respublikasının Niderland Krallığında, Ramil Əbil oğlu Rzayevi İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İlham Əliyev başqa bir sərəncamla Cəlal Sabir oğlu Mirzəyevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.//metbuat

Paylaş
Xəbər lentİ