Dövlət Gömrük Komitəsinin daha bir şöbə rəisinin Londonda biznesi aşkarlanadı - FOTO

Oxunma sayı: 544
19-10-2019, 08:33

Dövlət Gömrük Komitəsinin daha bir şöbə rəisinin Londonda biznesi aşkarlanadı - FOTO
Teref.az yazır ki, keçmiş Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu və “Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyevin kürəkəni, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi vəzifəsində çalışan Eldar Abbasovunda Londonda şirkəti olduğu bilindi.Şirkətlərlə bağlı sənədləri və araşdırmanı müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni paylaşımında göstərib.
Cavanşir Həsənlinin paylaşımını təqdim edirik:
Demə, nazir Rabitə və informasiya texnologiyaları naziri olanda ayda heç üç min maaş almayıb, 300 min dollar xərcləyən Əli Abbasov oğlu Eldar Abbasovu Dövlət Gömrük Komitəsində işə düzəldibmiş. Görünür, onu komitəyə yaxın vaxtlarda götürüblər və bu səbəbdən Londondakı şirkətlərini tələm-tələsik qapadıb.

Eldar Abbasovun 2017-ci ilin aprelində Britaniya paytaxtında qeydiyyatdan keçirdiyi INFIPRO LIMITED şirkəti ötən ayın 24-də bağlanıb.
Gömrük Komitəsi əməkdaşının digər şirkəti - JDE TRADING LIMITED isə hələ də fəaliyyətdədur. Eldar Abbasov bu ticarət şirkətini 2017-ci il iyulun 17-də qeydiyyatdan keçirəndə onu həyat yoldaşı Dünya Pirverdinin ("Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyevin qızı) adına rəsmiləşdirib.
Keçmiş nazirin oğlunun digər iki şirkəti - JDE CAPITAL LTD və BITTOP LIMITED ötən ilin sonlarında qapadılıb.
Dövlət Gömrük Komitəsinin daha bir şöbə rəisinin Londonda biznesi aşkarlanadı - FOTO





Arasdırma.info Teref.aza istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi vəzifəsində çalışan Eldar Abbasovun xaricdə biznesi olması haqda mediada bir çox məlumatlar dərc edilmiş və təkzib edilməmişdir.

Mediada gedən məlumtlara görə Eldar Abbasov və həyat yoldaşı Dünya Piriverdi ilə evləndikdən sonra onlar “İnfipro İnc” şirkəti açılblar və bu şirkətin 75%-i Eldar Abbasova, 25 faizi isə Dünya Piriverdiyə aiddir.
Teref.az olaraq saytımızda dərc edilən və bu günə qədər təkzib edilmyən bu ailənin biznes resursları haqqında araşdırma məqalənidə yenidən oxuculara təqdim edirik.
http://teref.az/manset/124512-eli-abbasov-ve-etibar-pirverdiyevin-serikli-london-biznesi-olkeden-ne-qeder-pul-cixarilib.html
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Paylaş
Xəbər lentİ