Ali Məhkəmə Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar verdi - Nigar Arpadarai deputatdır

Oxunma sayı: 421
26-02-2020, 15:49

Ali Məhkəmə Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar verdi - Nigar Arpadarai deputatdır
Bu gün Ali Məhkəmədə 29 saylı Səbail Birinci Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

AzPolitika.info namizədin yaydığı məlumata istinadən xəbər verir ki, məhkəmə iddaçının şikayatini təmin etməyib.

Xatırladaq ki, B. Hacıyev seçkilərin saxtalaşdırıldığını iddia edərək MSK-ya və məhkəmlərə üz tutub. MSK 29 saylı dairənin bir neçə məntəqəsində nəticələri ləğv etsə də, ümumilikdə seçkilərin nəticələrini etibarlı sayıb.

Apellyasiya Məhkəməsi də namizədin şikayətini təmin etməyib. Beləliklə, həmin dairədən namizəd Nigar Arpadarainin qalib gəlməsi rəsmiləşdirilib.

Paylaş
Xəbər lentİ