BDU-nun “qələmi qırılmış yarımallahının” qara günləri...

Oxunma sayı: 589
20-11-2018, 07:22

BDU-nun “qələmi qırılmış yarımallahının” qara günləri...BDU-dakı yoxlamalar artıq sabiq olan rektorun həbsi ilə nəticələnə bilər


Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən qovulması xəbərinin ardından onun barəsində ilginc informasiyalar yerli medianın aparıcı rubruikalarında yer almağa başlayıb. Onun və oğlunun fırıldaq biznesi ilə məşğul olması ilə bağlı xəbərlər yayılar-yayılmaz 5 müavininin də işdən uzaqlaşdırılması barədə məlumat tirajlandı.

Redaksiyamıza daxil olan informasiyalara görə, həmiş şəxslərin tez-tələsik vəzifədən alınmasının səbəbi əlaqədar orqanların BDU-da yoxlamalara başlamasıdır. Ölkə rəhbərliyinin göstərişi ilə başlanan yoxlamalara müavinlərin mane olma cəhdlərini önləmək, Məhərrəmov və dəstəsinin hazrılıqsız yaxalamaq üçün bu addımın atıldığı söylənilir. Əldə etdiyimiz məlumata görə, Abel Məhərrəmovun həbsi də istisna olunmur.

Azərbaycanın ən nüfuzlu və ən gəlirli universitetinin rektorunun Azərbaycan vətəndaşlarını aldadaraq onlara bahalı brend çaxır adıyla yerli çaxır içirmək üçün baş vurduğu tryuk adi dələduzluq tryukudur, lakin bu tryuk öz miqyası ilə çox böyükdür. Beş-on manat qazanmaq adına Azərbaycanın İspaniyadkı dövlət təmsilçisi olan oğlunu belə dələduzluğun tərkib hissəsi edən və burdan İspaniyaya, İspaniyadan da buraya tonlarla çaxırı daşıyan Abel Məhərrəmovun bu qədər dar dünyagörüşə sahib olması adamı heyrətə salır. Ona görə ki, bu ölkənin ən titullu şəxslərindən biri olan və ən titullu tədris mərkəzinə rəhbərlik edən Abel Məhərrəmovun uzun illər boyu elə bu ölkədə əldə etdiyi gəlirlər ona elə böyük sərvət qazandırmışdı ki, bu boyda imicə və sərvətə sahib olan bir adamın özü ilə İspaniyaya çaxır çəlləkləri daşıyaraq fırıldağa əl atması artıqtamahlığın ən yüksək həddidir.
Universitetin koridorlarında mühafzəçilərlə addımlaması görünür ki, Abel müəllimə xüsusi ləzzət verirmiş. Məhz bu, ona özünü yarımallah kimi hiss eləmək imkanı tanıyırmış. Və BDU-nun yarımallahının özüylə İspaniyaya iki ton çaxır daşıyıb üzərində brend marka olan şüşələrə doldurması da, həmçinin bu yarımallahın nə qədər dar düşüncəli və elə o qədərdə tamahkar olmasının göstəricisi oldu...

Abel Məhərrəmovun tamahı yuxarıda qeyd olunanlarla bitməyib. Onun rəhbərlik etdiyi layihələrdə çalışan alimlərin dediyinə görə, sabiq rektor Avropanın və ABŞ-ın bir sıra donor təşkilatlarından külli miqdarda qrant layihələri keçirir və bu projelərlə bağlı işləri istedadlı və kasıb tələbələrinə gördürür, qarşılığında onlara qəpik-quruş verir, vəsaitin çoxunu özü mənimsəyirmiş.

Universitetdəki təmir-tikinti işlərinin araşdırılmasına da ciddi ehtiyacın olduğu bildirilir. Çünki həmin işlərin görülməsi üçün dövlət satınalmaları barədə qanunvericiliyin tələbləri ciddi şəkildə pozulub, tender və katirovkalar Abel Məhərrəmova yaxın şəxslərə verilib.

Maraqlı məsələlərdən biri də odur ki, Abel Məhərrəmov unuversitetdəki bahalı avadanlıqlardan hər il kifayət qədər pul qazanıb. Belə ki, həmin avadanlıqlara heç kimi yaxın buraxmayan rektor hər il bu avadanlıqlaraın "xarab" hissələrini yeniləmək üçün külli miqdarda pul xərcləyib. Daha doğrusu, heç bir hissəni dəyişdirmədən bu hissələri almaq üçün ayırdığı pulları universitetin büdcəsindən çıxarıb öz cibinə qoyub. BDU-da isə belə faktlar çoxdur..
Mənbə-PİA.az

Paylaş
Xəbər lentİ