Abşeron rayon Qaz İdarəsi sayğacdan pul oğurlayır.

Oxunma sayı: 712
25-11-2018, 17:05

Abşeron rayon Qaz İdarəsi sayğacdan pul oğurlayır.
Abşeron rayonu Xırdalan şəhərində bir il bundan əvvəl sayğaclarda problem olduğunu bəhanə edərək hər evdən təxminən 50-70 AZN əlavə pul ödətdirdilər.Guya ,sayğac səhf edib,işlənən qazın məbləği borca yazılıb.Halbuki, indiyə kimi karta nə qədər pul köçürürsən,onu da ödəyirsən.Mümkün deyil ki,sənin sayğacında pul qalmaya qalmaya,mənzildə qaz olsun.Nə başınızı ağrıdım,Xırdalan Qaz idarəsinin əməkdaşı qıpqırmızı üzə durub ki.70 manat borcunuz var,sayğac düz işləmir.Biz əlbəttə ki,aidiyyatı qurumlarla əlaqə saxladıq,heç kim nə baş verdiyini anlamadı.Qərara gəldilər ki,günüh sayğaclardadır,mütləq dəyişmək lazımdır.Bizi göndərdilər Nəsimi rayonunda,HƏəsən Əliyev küçəsindəki Asan Xidmətə.Demək olar ki,bütün Xırdalan sakinləri burada idi.Deməli bu fırıldaq hamının başında catlayıb.Nəisə ,dedik ,yəqin 50-70 manata ehtiyacları var,ödədik,sayğacları da dəyişdilər.
Bu il isə, yeni bir şey peyda olub.Belə ki,karta nə qədər pul vururuq,borca silinir,3 dəfə 5 AZN,bir dəfə 2 AZN yükləsəkdə sayğacda sıfır yazılır.Azəriqazla əlaqə saxlasaq da bazar günü olduğundan telefona cavab verən olmadı.Ümid edirik bazar ertəsi məsələyə aydınlıq gətiriləcək.Vətəndaşlardan xahişimiz budur ki,əyər Xırdalanda bu kimi hallar başına gələn varsa redaksiyamızla,yaxud vatçapp (0708533875)nömrəmizlə əlaqə saxlaya bilərlər.

Paylaş
Xəbər lentİ