Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlandı

Oxunma sayı: 489
3-07-2020, 09:38

Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlandı
Gürcüstanda son sutkada koronavirus diaqnozu qoyulan 4 nəfərdən biri Azərbaycandan təxliyə olunan vətəndaşdır.

Sehiyye.info xəbər verir ki,bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxs Gürcüstan sərhədini keçəndən sonra karantin zonasına yerləşdirilib.

Həkim Gürcüstan vətəndaşının vəziyyətinin ağır olmadığını qeyd edib. /report/

Paylaş
Xəbər lentİ