Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.
Arasdirma.info Publika.aza istinad'n xəbər verir ki, Alışanovun yerinə gənc kadr Rövşən Məmmədov təyin edilib.
1979-cu il təvəllüdlü Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.
O, indiyə qədər "Günün nəbzi" və "Həftə" analitik verilişlərinin aparıcısı olub.
Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70