Yanğınla bağlı bu yolda hərəkət məhdudlaşdırıldı

Oxunma sayı: 557
26-03-2019, 10:20

Yanğınla bağlı bu yolda hərəkət məhdudlaşdırıldı
Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Yeni Sabah"a bildirib ki, Q.Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

Paylaş
Xəbər lentİ