Ordumuz Qarabağda atəş açdı? – Erməni təbliğatı artır

Oxunma sayı: 346
7-01-2021, 17:34

Ordumuz Qarabağda atəş açdı? – Erməni təbliğatı artır
Azərbaycan Ordusunun Şuşadan havaya bir neçə dəfə atəş açdığı haqda Teleqram kanallarında yayılan və Ermənistanda xüsusi həyəcanla izlənən məlumatı “erməni tərəfi” şərh edib.

Arasdırma.info Axar.aza istinadən xəbər verir ki, Qarabağdakı rus sülhməramlılarının arxasında gizlənib, özünü hələ də mövcudmuş kimi göstərməyə çalışan terrorçu-separatçıların liderinin “mətbuat katibi” Azərbaycan Ordusunun atəş açdığını təsdiqləyib.

Vaqram Poqosyan adlı məxluq deyib ki, Azərbaycan Ordusu 31 dekabrda və Yeni il gecəsi atəş açıb, amma havaya.

Atəşin “ermənilərin mövqelərinə” açılmadığını deyiən terrorçu dərhal da rus sülhməramlılarının adını çəkib:

“Atəş “erməni mövqeləri”nə və rus sülhməramlılarına qarşı yönəlməmişdi”.

Qeyd edək ki, erməni mediası və Ermənistan rəsmilərə son günlər Qarabağda “erməni mövqeləri”, “təmas xətti” sözlərindən istifadə etməyə başlayıblar. Eyni zamanda, Ermənistanın iki naziri ötən gün Qarabağa gələrək, Xankəndidə separatçı-terrorçularla görüş keçiriblər.

Buna isə artıq Azərbaycan Prezidenti İlham Əliyev qəti mövqeyini bildirdi. Prezident İlham Əliyev 2020-ci ilin iqtisadi yekunlarına həsr olunan müşavirədə Ermənistan XİN rəhbəri Ayvazyanın Qarabağa gəlişini qanunsuzluq, 10 noyabr Bəyanatının pozulması adlandırdı və bu addımların ciddi nəticələri olacağı haqda Ermənistana xəbərdarlıq etdi. Eyni zamanda, buna şərait yaradan rus sülhməramlılarının da missiyasından kənara çıxdığı gündəmə gətirildi.

Prezident 10 noyabrdan sonra Qarabağda qalan silahlıların artıq terrorçu sayıldığını da rəsmən elan edib. Terrorçulara qarşı isə hər zaman anti-terror əməliyyatı keçirilə bilər.

Paylaş
Xəbər lentİ