Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatdı - VİDEO - YENİLƏNİB

Oxunma sayı: 374
26-01-2021, 03:36

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatdı - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi,Xırdalanda baş verən partlayış güclü dağıntılara səbəb olub və ətrafdakı evlərə də ziyan dəyib.Dağıntılar altından 6 nəfər çıxarılıb.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Arasdırma.info xəbər verir ki,FHN-dən bildirib ki, 6 nəfər dağıntılar altından çıxarılıb. Ölüm olub,olmadığı barədə hələ dəqiq məlumat olmasa da,vəziyyəti ağır olanlar var.Bu barədə səhər dəqiq məlumat veriləcək.İlkin versiyaya görə,hadisə qazsızmadan baş verib.
Hadisənin səbəbləri dəqiqləşdirilir.



//realTV

Paylaş
Xəbər lentİ