Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilmiş düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.
Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı doqquz ədəd əl qumbarası, doqquz ədəd qumbara alışdırıcısı və bir ədəd RPQ-18 qumbaraatanı aşkar edərək götürülüb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70