Toylara qoyulan məhdudiyyət təcili aradan qaldırılmalıdır - Eks-deputat Toylara qoyulan məhdudiyyət təcili aradan qaldırılmalıdır - Eks-deputat

Oxunma sayı: 311
31-03-2021, 03:41

Toylara qoyulan məhdudiyyət təcili aradan qaldırılmalıdır - Eks-deputat Toylara qoyulan məhdudiyyət təcili aradan qaldırılmalıdır - Eks-deputat
"Toy, nişan məclislərinə qoyulan məhdudiyyətlər təcili aradan qaldırılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli deyib. Onun sözlərinə görə, nişan və toy məclislərinə qadağalar qoyulub, amma bundan sui-istifadə hallarına yol verilir:



"Bu, əslində rüşvətxorluğu artıran amillərdir. Eyni zamanda gələcəkdə Azərbaycanın demoqrafik şərtlərinə mənfi təsir göstərəcək. Bu mənada böyük salonlarda say məhdudiyyəti tətbiq etməklə, karantin şərtlərini qorumaqla yaxın qohumların iştirakı ilə 100 nəfərlik toy və nişan məclislərinə icazə verilməlidir”.

Paylaş
Xəbər lentİ