Bu gün 8 Mart - Qadınların bayramıdır
Oxunma sayı: 912
8-03-2017, 11:59
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
Qeyd edək ki, bu il yanvar ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 918,8 min nəfərini qadınlar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il doğulan 159,5 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.
Hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,8 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2016-cı ildə 6,5 faizədək artıb.
Mənbə: Report
Paylaş
Xəbər lentİ
- 08:31Ağadadaş Ağayev və mühafizəçiyə ittiham verildi
Müsahibə
- 08:212023-cü ildə dünyada hər 11-ci adam ac qalıb – BMT
Dünya
- 08:15“Sabah” “Makkabi”ni məğlub etdi – Yenilənib
İdman
- 08:08Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
Siyasət
- 08:00Aparıcı Zaur hansı müğənni ilə eşq yaşayıb? - Sirrlər açıldı - VİDEO
Şou-biznes
- 07:56Qızıl dükanları, saat biznesi, topdansatış mərkəzləri, yas zalları, bina və restoranlar... - Hansı deputatın hansı sahədə böyük biznesi var? (SİYAHI)
Müsahibə
- 07:50Azərbaycanda məmur kabinetində vəfat etdi
Hadisə
- 07:53Növbəti meteor yağışının pik vaxtı məlum olub
Müsahibə
- 07:50Beş yaşlı uşaq körpəni öldürdü
Hadisə
- 07:45Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR
Sosial
- 07:41Bir sıra cərimələr artırılıb, yeniləri tətbiq olunub - VİDEO
Müsahibə
- 07:35Beton Xosrov deyilən idmançı zərərsizləşdirilib.VİDEO
Hadisə
- 23:36Xırdalanda gənc qadını eyvandan atdılar.
Hadisə
- 18:32Kamran Əliyevin yerinə YENİ TƏYİNAT
Siyasət
- 19:56Ən çox hansı kreditlərlə bağlı problem yaranır? - Açıqlama - VİDEO
İqtisadiyyat
- 19:30İndiyə qədər neçə nəfərin namizədliyi qeydə alınıb?
Siyasət
- 20:56Rövnəq Abdullayev 5 ay əvvəl imzanı atdı, AFFA söküntüyə yenicə başladı
İdman
- 20:47İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
Siyasət
- 00:23Qurban Qurbanov jurnalistlərlə görüşəcək
İdman
- 23:501 hərbi hissədə 4 milyon “yeyilib”, xüsusi rütbələr üçün ayrılan pulları da… – YENİ DETALLAR
Siyasət
- 22:52Azərbaycanda ata qızı ilə cinsi münasibətdə olan oğlanı qətlə yetirdi
Hadisə
- 18:36YAP-ın siyahısına düşə bilməyən deputatın BAŞI DƏRDDƏ…
Siyasət
- 01:33Azərbaycanda yeni radarlar: Cərimə yazmır, amma...
Müsahibə
- 01:27“Zirə” Şərifə məğlub oldu,Avropa Liqası ilə vidalaşdı
İdman