Youtuber qadın avtomobili qaçırıb Abşeronda qəza törədib

Oxunma sayı: 221
23-11-2021, 21:40

Youtuber qadın avtomobili qaçırıb Abşeronda qəza törədib
Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı “KİA” markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayeva məxsus “Opel”ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın “KİA”nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə “KİA” markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü youtuber kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
Youtuber qadın avtomobili qaçırıb Abşeronda qəza törədib
Youtuber qadın avtomobili qaçırıb Abşeronda qəza törədib
Youtuber qadın avtomobili qaçırıb Abşeronda qəza törədib

Paylaş
Xəbər lentİ